“Bəyin oğurlanması” filminin aktyoru vəfat etdi
Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb. 11993-cü ildən “Taqanka Aktyorlar Ansamblı”nın artisti olub. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan kinosunda "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm... bağışla" filmlərində maraqlı obrazlar yaradıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: