Azərbaycanda yayımlanan film qadağan olundu

Azərbaycanda yayımlanan film qadağan olundu
  07 Aprel 2014    Oxunub:1261
Məşhur aktyor Russel Krovnun baş rolda olduğu “Nuh” filmi daha bir ölkədə qadağan olunub.
AzVision.az xəbər verir ki, 27 martdan etibarən Azərbaycanda da nümayiş olunan filmin Malaziyada yayımına icazə verilməyib. Bunun səbəbi isə filmdə Nuh peyğəmbərin simasının göstərilməsidir.

Malaziyanın Film Senzurası Qurumunun sədri Əbdül Halim Əbdül Həmid bildirib ki, peyğəmbərin şəklinin göstərilməsi İslamda qadağandır: “Əgər film Malaziyada nümayiş olunsaydı çox sərt reaksiya ilə qarşılaşa bilərdi.

Qeyd edək ki, adı çəkilən film Malaziyadan öncə Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərində də qadağan olunub. Misirin əl Əhzər universiteti isə filmin nümayişinə icazə verilməməsi ilə bağlı fətva verib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti