Smartfonlar yuxusuzluq yaradır

Smartfonlar yuxusuzluq yaradır
  07 Aprel 2014    Oxunub:1548
Araşdırmalara görə, hər 10 gəncdən 9-u yatmazdan əvvəl smartfon telefonlarından istifadə etdiklərinə görə, bu telefonların mavi işığı onlarda yuxusuzluq yaradır.
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmanı aparan Hertfordshire Universitetinin professor Riçard Vaysman bu vəziyyəti həddindən artıq narahtlıq doğuran hal kimi qiymətləndirib: “Bu cihazların yaydığı mavi işıq yuxugətirən melotin hormonunun qarşısını alır. Buna görə də yatmazdan əvvəl həmin telefonlardan uzaq durmaq lazımdır.
Araşdırmada o da qeyd olunub ki, İngiltərədə 28 milyon nəfər gecə ən çox 7 saat yatır. Anket sorğusunda iştirak edən 2149 nəfərin 78%-I yatmazdan əvvəl bu cihazlardan istifadə etdiyini deyib. 18-24 yaş arası şəxslərdə isə bu göstərici 91%-dir. Yetkin şəxslər üçün gün ərzində 7-8 saat, gənclərin isə 9 saat yatmalı olduğu bildirlir.

Professor Vaysman bildirib ki, qeyd olunan saatdan daha az yatmaq insanda infarkt, artıq çəki, şəkərli diabet və xərçəng kimi xəstəliklər yaradır. Bundan başqa telefonun mavi işığının gözün sağlamlığına ziyan olduğu açıqlanıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti