“Mən deməmişəm ki, Qərb səfirlikləri bağlansın”

“Mən deməmişəm ki, Qərb səfirlikləri bağlansın”
  03 Aprel 2013    Oxunub:1398
“Mən Qərb ölkələrinin səfirliklərinin bağlanması sözünü işlətməmişəm”
AzVision.az-a açıqlamasında bu sözləri milllət vəkili Elman Məmmədov deyib.
“Mən Qərb səfirlikləri deməmişəm. Mətbuata açıqlamamda bildirmişəm ki, Azərbaycanda pozuculuq işləri ilə məşğul olan beynəlxaq təşkilatlar, səfirliklərlə bağlı tədbir görülməlidir. Lazım olanda isə lap ölkədən kənarlaşdırılmalıdır”.

E.Məmmədovun sözlərinə görə, Azərbaycanın daxili işlərinə qarışan, ölkədə ixtişaş, təxribat törətməklə məşğul olan bir sıra ölkələrin səfirlikləri, beynəlxalq təşkilatları var. Millət vəkili qeyd edib ki, onlarla bağlı Azərbaycan qanunvericiliyi çərçivəsində ciddi tədbir görülməlidir və lazım olan halda lap ölkədən kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, bir sıra mətbuat orqanlarında və eləcə də sosial şəbəkələrdə bildirilirdi ki, Elman Məmmədov Qərb ölkələrinin səfirliklərini bağlanması barədə çıxış edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti