“ABŞ hansı məsələdə prinsipial olub ki?!” – Türkiyəli millət vəkili

   “ABŞ hansı məsələdə prinsipial olub ki?!” –    Türkiyəli millət vəkili
  07 Fevral 2022    Oxunub:1748
“Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri çox əhəmiyyətli idi. Bu ayın 14-də Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri baş tutacaq. Türkiyənin böhranın həllinə mühüm töhfələri olacaq. Düşünürəm ki, Türkiyənin bu addımları müharibənin başlamasının qarşısını alacaq”.
Bu sözləri AzVision.az -a AKP-dən olan millət vəkili Şamil Ayrım deyib. O, bildirib ki, indiki məqamda müharibə hər an başlayacaq kimi görünsə də, böhranın həlli yolları var və Türkiyə də buna çalışır.

- Rusiyanın başlıca tələbi belədir ki, Ukraynanı NATO-ya qəbul etməyin. Əslində heç Ukraynanın NATO-ya belə bir müraciəti olmayıb. Rusiyanın bundan əlavə istədiyi sərhədlərinin yaxınlığında quraşdırılan raketlərin yığışdırılmasıdır. Çünki, Polşadan atılan raket 5-10 dəqiqə ərzində Moskvaya çata bilər. Bu mövzuda danışıqlar davam edir. Digər tərəfdən, Amerika da daxil olmaqla, Qərb ölkələri hər ehtimala qarşı Ukraynaya silah göndərməkdə davam edirlər. Ukraynanın da güclü silahları var. Ümid edirik ki, müharibə başlamayacaq.

- ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cek Sallivan Rusiyanın Ukraynanın işğal edəcəyi təqdirdə 50 min insanın öləcəyi və 5 milyon nəfərin qaçqın olacağı ehtimalını qeyd etməsi, Rusiyadan Almaniyaya təbii qaz nəqli üçün inşa edilən “Şimal axını-2” layihəsinin reallaşmayacağını vurğulaması Ukraynanın döyüş meydanında tək qalacağı təsiri bağışlamır ki?
- Belə bir şey ola bilməz. Amerikalılar hələ də öz iqtisadiyyatlarını, mənafelərini düşünürlər. İnsanların həlak olması heç kəsin vecinə deyil. Sülh dilindən istifadə etmək lazımdır. Səhvdir bütün bunlar. Cənab Prezidentimizin ora ziyarəti də buna görə idi. Əlbəttə ki, müasir silahlarla minlələ insan qətlə yetirilə bilər. Cek Sallivanın bu açıqlamalarını biz səhv olaraq qiymətləndiririk. Amerika hansı məsələdə prinsipiallıq göstərib? Bu biz müharibənin olmaması və insanların ölməməsinə çalışacağıq.



Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti