ADNA hicablılara güzəştə getdi

ADNA hicablılara güzəştə getdi
  03 Aprel 2013    Oxunub:1544
“Onlar bu barədə indidən düşünməlidirlər...”
Azərbaycan Dövlət Neft Akademiyasında hicablı və saqqallı tələbələrin dərsə buraxılmasına icazə verilib. Bu barədə ADNA-nın Təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov məlumat verib.

Prorektor universitetin daxili nizam-intizam qaydalarına görə hicablı və saqqallı tələbələrin dərsə buraxılmasına icazə olmasa da, ümumi narazılığı nəzərə alaraq onların dərsə buraxılmasına icazə verildiyini deyib: “Sadəcə onları təbliğat yolu ilə başa salmağa çalışırıq ki, tələbə bir-birindən seçilməməli və auditoriyada eyni fikirdə olmalıdır. Biz onların dini etiqadına toxunmuruq. Harada namaz qılmaları və ya ibadət etmələrinin məsələyə aidiyyəti yoxdur. Sadəcə ola bilər ki, gələcəkdə ali məktəblərin vahid geyim forması olsun. Onlar bu barədə indidən düşünməlidirlər. Vaxtilə Azərbaycan Dövlət Neft Akademiyası yarananda özünün vahid forması olub. Ola bilsin, orta məktəblərdə olduğu kimi ali məktəbdə də ümumi geyim forması tətbiq ediləcək”.



Teqlər:





Xəbər lenti