İnsan ürəyinin hüceyrələrindən robot balıq yaradıldı

İnsan ürəyinin hüceyrələrindən robot balıq yaradıldı
  12 Fevral 2022    Oxunub:3379
Harvard və Emori Universitetinin alimləri yeni kəşfə imza atıblar. Onlar insanın ürək əzələsinin hüceyrələrindən, kağızdan və hidrogeldən ibarət ilk tam avtonom biohibrid robot balıq yaradıblar.
Çəkisi 25 milliqram olan cihaz döyünən ürəyin əzələ daralmalarını yenidən yaradır və onun suda üzməsinə imkan verir. AzVision.az xəbər verir ki, bu kəşfin nəticələri ilə bağlı məqalə məşhur "Science" jurnalında dərc olunub.

İnsan kök hüceyrələrindən alınan kardiyomiyositlərdən hazırlanan həmin cihaz zebra balığının hərəkətini təqlid edir. Robotun əzələ hüceyrələrindən ibarət ikiqatlı quyruq üzgəci var. Onlar antaqonist şəkildə işləyirlər: üzgəcin bir tərəfi uzananda digər tərəfi sıxılır. Cihaz 108 gün çalışa bilir.

Alimlərin fikrincə, onların texnologiyası nəinki özünü dəstəkləyə bilən mürəkkəb biomexaniki cihazların yaradılması üçün əsas ola bilər, həm də insan ürəyi ilə bağlı bəzi prosesləri təkmilləşdirə bilər.

Tural Tağıyev

AzVision.az



Teqlər: Balıq   Alim   Ürək  





Xəbər lenti