"Sakit Don"un Natalyası vəfat edib
Aktrisanın yaxın dostu Larisa Lujina Kiriyenkonun çətinliklərdən şikayət etməyi sevmədiyini və aktiv həyat tərzi sürməyə çalışdığını deyib.
- Onunla sonuncu dəfə görüşəndə səhhətindən şikayət etmədi. Ağrıları barədə mənə heç nə demədi. Bu yaxınlarda festivala, Uzaq Şərqə getdi. Film festivalında şən və yaxşı görünürdü. Hətta rəqs etdi,- Larisa deyib.
Qeyd edək ki, Zinaida Kiriyenko 1933-cü ildə Mahaçqalada anadan olub. Moskvanın müxtəlif teatrlarında işləyib. O, Sergey Gerasimovun "Sakit Don" filmində Natalya rolunu oynadıqdan sonra populyarlıq qazanıb. Ümumilikdə 30-dan çox filmdə rol alıb. O, Sergey Bondarçukun “İnsan taleyi” filmində İrina rolunu mükəmməl şəkildə ifa edib.
Tural Tağıyev
AzVision.az