Prezident kanadalı nümayəndəni qəbul etdi

Prezident kanadalı nümayəndəni qəbul etdi
  03 Aprel 2013    Oxunub:1206
İlham Əliyev Kanada İcmalar Palatasının sədrinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin ötən dövr ərzində paytaxtımızda gedən çox böyük inkişaf proseslərinin şahidi olduqlarını deyib.

Görüşdə Azərbaycan ilə Kanada arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olunub, ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti