“Xaç atası” 50 il sonra CinemaPlus-da
"Xaç atası" filmində əsas rolları Al Paçino, Marlon Brando, Ceyms Kaan, Dayan Kiton, Taliya Şayr, Riçard Kastellano və başqaları oynayıblar.
Bərpa üç il çəkdi. Bu müddət ərzində trilogiyada hər bir kadr üçün ən yaxşı təsviri tapmaq üçün 300 qutu kinoplyonka araşdırıldı. Ustalar neqativlərdən ləkələri aradan qaldırmaq və rəngi bərpa etmək üçün minlərlə saat sərf ediblər.
Tanınmış event-şirkəti "Orli" tədbirin sadiq pərəstişkarlarını ən yaxşı filmlərdən birinin inanılmaz ab-havasına qərq etdi.
Qonaqları Rzayeva Kübranın rəhbərlik etdiyi opera kvartet qarşılayıb.
Şou-biznes ulduzlarını, jurnalistləri, bloggerləri, sahibkarları və iri təşkilat rəhbərlərini aparıcı Elvin Mərdanov salamlayıb. Tədbirin yaddaqalan hissəsi tarda "Xaç atası"nın melodiyasını ifa edən Əli Əsgər Məmmədovun çıxışı oldu. Gecədə gözəl tanqo rəqsi ifa edən Fərid Mehdiyev və Diana Batakova da iştirak ediblər.
Dünya kinosunun ən yaxşı filmlərindən biri "Xaç atası. Filmin 50illiyi" fevralın 24-dən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.
"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!
AzVision.az
Teqlər: