Böhranı ziyalılar həll edəcək

Böhranı ziyalılar həll edəcək
  03 Aprel 2013    Oxunub:1217
İtaliyada hökumət böhranı həll etmək üçün prezident Gorco Napalitanonun tapşırığı ilə "ziyalılar” iş başına keçib.
Siyasət, hüquq və iqtisadi sahələr üzrə mütəxəssislərdən ibarət olan 10 nəfərlik heyət iki qrup halında dövlət başçılarıyla bir araya gəliblər. Toplantıdan sonra Napolitano "Kariere della Sera" qəzetinə müsahibəsində bəyan edib ki, 7 illik prezidentlik dövrünü olduqca çətin vəziyyətdə başa vuracaq.

Siyasi partiyaların hökumət qurmaq üçün birləşməməsi və İtaliyanı çətin vəziyyətdə qoyması onu bərk narahat edir. Napalitano hesab edir ki, İtaliyada iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda onun ölkəni çətin vəziyyətdə qoyaraq hakimiyyəti tərk etməsi doğru addım deyil. Ziyalılardan ibarət heyətin qurulmasına zərurət bu üzdən yaranıb.

"Ziyalı adamlar" heyətinin siyasi partiyalarla geniş müzakirələr keçirəcəyini deyən italiyalı prezident siyasi böhranın yaxın zamanda həll olunacağına inanır. O, ümid edir ki, ölkənin aparıcı siyasətçi, hüquqşünas və iqtisadçılarından ibarət olan heyət böhranın aradan qaldırılması yollarını tez tapacaq


Teqlər:





Xəbər lenti