İndi də `halal vaksin` yaradılır

İndi də `halal vaksin` yaradılır
  12 Aprel 2014    Oxunub:1051
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Malayziyanın tibb şirkəti 2017-ci ilədək dünyada ilk halal vaksinlər buraxılması barədə planlarını açıqlayıb.
“Biz vaksinlərin halal formada buraxılmasının variantlarını axtarırıq və bu işi tezliklə başa çatdırmağa ümüd edirik. Şəriət ekspertləri, yerli və xarici alimlər bu vaksinlər üzərində çalışır. Bu tapıntı meninqit, hepatit və bəzi infeksiyaların qarşısını almağa yardım edəcək” - deyə “Halal Industry Development Corporation” şirkətinin baş direktoru Cəmil Bidin bildirib.

Halal vaksinlər adilərdən tərkibinin İslam qaydaları ilə kəsilən heyvanlardan alınması ilə fərqlənəcək.


Teqlər:  





Xəbər lenti