“Yeni Müsavat” 50 min manat cərimələndi

“Yeni Müsavat” 50 min manat cərimələndi
  03 Aprel 2013    Oxunub:1299
Aprelin 3-də Ali Məhkəmə “Yeni Müsavat” qəzetinin “Gilan” konserv zavodunun məhkəmə iddiasına qarşı kasasiya şikayətinə baxıb
Hakim Zakir Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə əvvəlki instansiyaların çıxardığı 50 min manatlıq cərimə qərarını qüvvədə saxlayıb. Hakim tərəfləri qısa şəkildə dinləyib və yekunda qərarı dəyişməyib.

AzVision.az-ın məlumatına görə, bu barədə “Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn qəzetin redaksiyasına bildirib. Onun sözlərinə görə, məhkəmənin çıxardığı cərimənin məbləği ağlabatan olmalıdır: “Kasasiya şikayətinə baxıldı. Hakim tərəfləri qısa dinlədi və öz pleniumun çıxardığı qərarı qüvvədə saxladı. Halbuki, Ali Məhkəmənin 2008-ci il, 8 noyabr tarixli qərarında deyilir ki, cərimələr tətbiq edilərkən bunu cərimələnən tərəfin ödəyə bilməsi nəzərə alınmalıdır. Azərbaycan reallığında hətta kommersiya şirkəti 50 min manat cəriməni ödəyə bilmir, nəinki bir qəzet”. V.Hüseyn bundan sonra qərardan Avropa Məhkəməsinə şikayət olunacağını qeyd edib.

Xatırladaq ki, “Gilan” zavodunun fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Qəzetə qarşı iddia “Jalə” şirələri ilə bağlıdır. Belə ki, 2009-cu ilin aprelində “Yeni Müsavat”da dərc olunmuş “JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR” başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. “Gilan”" zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür.


Teqlər:  





Xəbər lenti