Anar Kərimov Xaçmazda vətəndaşlarla görüşdü
Qəbulda nazir Anar Kərimov Xaçmaz və Şabran rayonlarından sakinlərin müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyib.
Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.
Nazir müraciətlərdə qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
AzVision.az
Teqlər: