"Şuşa mənə Ukraynanın gələcəyinə baxmağa kömək etdi" - Alyona Qlivko

   "Şuşa mənə Ukraynanın gələcəyinə baxmağa kömək etdi" -    Alyona Qlivko
  29 Aprel 2022    Oxunub:5970
“Şuşa mənə bir ukraynalı olaraq dərindən təsir etdi”. Bu sözləri Ukrayna əsilli Britaniya politoloqu, Henri Cekson Cəmiyyətinin strateji əlaqələr üzrə meneceri, Ukraynanın keçmiş xalq deputatı Alyona Qlivko AzVision.az-a açıqlamasında Şuşaya səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Onun sözlərinə görə, Donbas Ukraynanın nəzarətinə qayıdanda ukraynalılar uzunmüddətli işğalın nəyə gətirib çıxardığını – xaraba qalmış yaşayış məntəqələrini, dağıdılmış mədəniyyət abidələrini, məhv olmuş həyatları görməli olacaqlar.

“Əraziləri azad etmək böyük şücaətdir, lakin onların bərpası uzunmüddətli zəhmət tələb edir. Şuşa mənə Ukraynanın gələcəyinə baxmağa kömək etdi. Eyni zamanda, Şuşanı azad edən azərbaycanlıların şücaəti öz torpağının hər santimetri uğrunda vuruşan ukraynalıları çox ruhlandırır”, - A.Qlivko bildirib.

S.Məmmədov
N.Quliyev

AzVision.az


Teqlər:   Şuşa  





Xəbər lenti