“Suriyadakı vəziyyətin günahkarı Türkiyədir”

“Suriyadakı vəziyyətin günahkarı Türkiyədir”
  04 Aprel 2013    Oxunub:1307
Suriya prezidenti Bəşər Əsəd ölkəsində baş verənlərə görə Türkiyəni ittiham edib.
Türk jurnalistlərin önünə çıxan Suriya lideri onlara müsahibəsində ölkəsindəki qanlı hadisələrə görə elə rəsmi Ankaranı ittiham edib. O bildirib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya böhranı başlanan andan bir düz söz belə danışmayıb.

"Əslində, Türkiyə hökuməti çirkin bir oyuna cəlb olunub" deyən Suriya lideri ölkəsində baş verən hadisələrin müsəlman dünyası üçün ağır nəticələr verəcəyini bildirib. Əsəd əvvəlki tək bildirib ki, Suriyada müxalifət adıyla döyüşənlər terrorçulardır və onlara qarşı mübarizə davam etdiriləcək.


Teqlər:  





Xəbər lenti