Turqut Özal sui-qəsd qurbanı olub

Turqut Özal sui-qəsd qurbanı olub
  04 Aprel 2013    Oxunub:1533
Turqut Özalın qətlində “Ergenekon” izi
Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümündə şübhəli şəxs qismində dindirilən “Ergenekon” iddiaları ilə həbs edilən Ləvənt Ersöz ömürlük həbs cəzası ala bilər.

AzVision.az “CNNtürk”ə istinadən xəbər verir ki, belə ki, eks-prezidentin ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb.

İstintaq nəticəsində, onun ölümündə “Ergenekon” terror təşkilatının rolu olduğu ortaya çıxıb. Prokurorun çıxardığı bu iddia özünü doğrultsa, Ləvənt Ersözü ömürlük dəmirbarmaqlıqlar gözləyir.

Məlumat üçün qeyd edək ki, eks-prezident Turqut Özal 1993-cü il aprel ayının 17-də vəfat edib. Özalın zəhərlənərək öldürülməsi ilə bağlı bir sıra idialar irəli sürüldü. Hətta onu oğlunun öldürməsi ilə bağlı məlumatlar da yayıldı. Mərhumun nəşində aşkarlanan zəhərli maddələr isə bu faktı doğrultmadı.


Teqlər:  





Xəbər lenti