“Ermənistan ABŞ-ın Qafqaz oyununda karta çevrilir” – Rusiyalı politoloq

   “Ermənistan ABŞ-ın Qafqaz oyununda karta çevrilir” –    Rusiyalı politoloq
  04 May 2022    Oxunub:2358
ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararart Mirzoyanla görüşüb. Görüşdə Blinken Ermənistanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və ölkələr arasında ikitərəfli əlaqələrin gücləndirilməsinin tərəfdar olduğunu bildirib.
Görüşün sonunda tərəflər Ermənistanın enerji təchizatının diversifikasiyasına yönəlik dinc nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi imzalayıblar.
“Lukaşenko hiyləgərlik edir” – Rusiyalı ekspert

Ermənistan xarici işlər nazirinin ABŞ-a səfərini şərh edən rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti filialının direktoru Pavel Klaçkov AzVision.az -a deyib ki, bu səfər Amerikanın Ermənistanı Rusiyadan qoparmaq istəkləri və səyləri fonunda nəzərdən keçirilməlidir:
- ABŞ-ın əsas məqsədi Rusiyaya hərtərəfli zərbə vurmaqdır. Bu böyük oyunda siyasi, enerji və digər vasitələrdən istifadə edir. Görünür, ABŞ situasiyanı bir növ yenidən dəyərləndirir. İkinci Qarabağ Müharibəsi zamanı ABŞ-ın rolunun əhəmiyyətsiz olduğunu nəzərə alsaq, bəlkə də regionda daha çox nüfuz qazanmağa çalışır.


Rusiyalı politoloq istisna etmir ki, ABŞ Türkiyə və Azərbaycana hansı yollasa təsir etmək üçün Ermənistandan rıçaq kimi faydalanmaq qərarına gəlib. “Belə çıxır ki, Ermənistan Cənubi Qafqaz regionunda problem yaratmağa hazırlaşan ABŞ-ın oyununda karta çevrilir. Onlar Azərbaycana daha çox təzyiq etmək üçün İrəvanı Tiflislə münasibətləri möhkəmləndirməyə sövq edə bilərlər”,- rusiyalı politoloq deyib.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər:   ABŞ  





Xəbər lenti