Elmar Vəliyev sakinlərlə görüşdü

Elmar Vəliyev sakinlərlə görüşdü
  04 Aprel 2013    Oxunub:1701
Vaxtı ilə hətta rəsmi adı olmayan və gəncəlilərin dediyi kimi «Dəmiryolunun altı» adlandırılan yaşayış massivinin vəziyyəti olduqca acınacaqlı idi
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan beş qəsəbədən biri olan Şıxzamanlı qəsəbəsi adı çəkilən ərazini əhatə edir. Qəsəbə az bir vaxtda abadlaşdırılmağa başlandı. 1,6 kilometr uzunluğu olan Azərbaycan, eləcə də Ağamalıoğlu və Həmid Sultanov küçələri asfaltlaşdırılıb. Piyadalardan ötrü səkilər qurulub. Ərazinin işıqlandırılması üçün 70-ə yaxın işıqlandırma dirəyi basdırılıb, yol kənarına həmişəyaşıl ağaclar əkilib. Qəsəbənin ictimai nəqliyyat işləyən sahələrində dayanacaqlar quraşdırılıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, Şıxzamanlılar qəsəbəsində abadlıq işləri ilə tanış olan İcra Başçısı Elmar Vəliyev sakinlərlə görüşərək onların problemi ilə maraqlanıb və həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Açıq mikrofon sakinlərin ürək sözlərini söyləməyə vəsilə olub. Yeni qəsəbənin sakinlərinin arzu və istəkləri, eləcə də onları narahat edən məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Qəsəbədə aparılacaq abadlıq və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verən İcra Başçısı abadlaşdırma işlərinin davam edəcəyini bildirib. Qəsəbədəki uşaq bağçasının, poliklinikanın, eləcə də digər ictimai binaların bu yaxınlarda istifadəyə verilmiş 3 nömrəli tam orta məktəb qədər gözəl və yaraşıqlı olacağını qeyd edib. E.Vəliyev bütün bunların ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə qayğı və dəstəyinin bariz nümunəsi olduğunu söyləyib..


Teqlər:  





Xəbər lenti