Şimali Koreya əməli tədbirlərə keçdi

Şimali Koreya əməli tədbirlərə keçdi
  04 Aprel 2013    Oxunub:1584
Şimali Koreya Cənuba və Amerika Birləşmiş Ştatlarına qarşı hədələrdən konkret addımlara keçməyə qərar verib.
Pxenyan Birləşmiş Ştatlara qarşı nüvə silahından istifadə üçün orduya təlimat verib. Şimali Koreyanın rəsmi dövlət agentliyi artıq məlumatı təsdiqləyib. Qeyd olunub ki, nüvə silahının tətbiqi ilə bağlı rəsmi Vaşinqton da xəbərdar edilib.

Birləşmiş Ştatlar isə deyəsən Şimali Koreyanın boş bəyanatlar vermədiyinin fərqinə varıb. Pentaqon bu məqsədlə Quam adasına hava hücumundan müdafiə sistemləri yerləşdirmək barədə qərar qəbul edib.


Teqlər:





Xəbər lenti