İranın notasına cavab verdik

İranın notasına cavab verdik
  04 Aprel 2013    Oxunub:1421
Tehrandakı səfirimiz cavab notasını təqdim edib.
Azərbaycan İran Xarici İşlər Nazirliyinin notasını cavablandırıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov cavab notasını İran XİN-ə təqdim edib.

Diplomatın sözlərinə görə, notada Tehranın etirazına səbəb olan, ötən həftə Bakıda Cənubi Azərbaycanla bağlı keçirilən tədbirdə səsləndirilən fikirlər Azərbaycan dövlətinin mövqeyini əks etdirmir: “Azərbaycan İranla ikitərəfli münasibətlərdə dostluq və qardaşlıq münasibətlərini əməkdaşlığın meyarı kimi dəyərləndirir. Rəsmi Bakı İran tərəfinin ikitərəfli münasbətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsini dəstəkləməsini yüksək qiymətləndirir. Biz İranla qonşu ölkəyik. Azərbaycan daim İranın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. İki ölkə arasındakı münasibətlər mehriban qonşuluq şəraitində həyata keçirilir və bu münasibətlər bütövlükdə regionun inkişafına xidmət edir”. XİN rəsmisi notada analoji fikirlərin əksini tapdığını qeyd edib.


Teqlər:





Xəbər lenti