Donbasa konsertə gələn Leps silahlardan atəş açdı- VİDEO

   Donbasa konsertə gələn Leps silahlardan atəş açdı-    VİDEO
  14 May 2022    Oxunub:1837
Məşhur rusiyalı müğənni Qriqori Leps Ukraynanın Donbass bölgəsinə gələrək buradakı poliqonlardan birində silahlarla atışlar həyata keçirib. Onun işğal olunmuş ərazilərdəki "təlim" videosu Ukrayna mediasında qıcıq doğurub.
Saytlar yazırlar ki, Leps özü də sosial şəbəkələrdə “Gedək, atəş açaq” yazıb.

"Diqqətçəkən odur ki, videonun altında tənqidi və təhqiramiz şərhlər daha çox gözə dəyib. Amma həmin yazılar sonradan silinir. Videonun altında sadəcə “əsl kişi” və “Rusiyanın fəxri” kimi yazılar tərifli sözlər saxlanılır. Şərhlərdə bəzi sosial şəbəkə istifadəçiləri isə ümumiyyətlə müharibənin bitməsinin tərəfdarı olduğunu yazıb. Leps "Putin müğənnilərin"dən biri sayılır. O, Donbasa işğalçı ordu üçün konsert verməyə gəldiyini yazıb. Görünür konsertdən çox müğənnini mənasız hərbi təbliğatlar maraqlandırıb", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Müğənni  





Xəbər lenti