Prezidenti seçən jurnal - ARAYIŞ

Prezidenti seçən jurnal  - ARAYIŞ
  04 Aprel 2013    Oxunub:1279
The Business Year (TBY) iqtisadi araşdırmaların əsas informasiya təchizatçılarından biri, illik ticarət və investisiya resursları barədə ən maraqlı məlumatları dərc edən bir jurnaldır.
Jurnal insanlara dolğun, dəqiq məlumatlar, dərin təhlil və qlobal biznes ictimaiyyətinə iqtisadi tendensiyalar və investisiya imkanları ilə bağlı strateji məsləhətlər çatdırmaq məqsədilə dünyanın ən yaxşı siyasi, ticarət və sənaye liderləri ilə görüşlər təşkil edir.

“The Business Year”-in ekspert və analitikləri yerli və regional biznes liderləri və digər maraqlı insanlarla daim sıx əlaqə saxlayır. TYB-nin əsas məqsədi biznes ictimaiyyətinin perspektivləri əsasında həyata keçirdiyi iqtisadi araşdırmaların dəqiqliyini təmin etmək və bununla özünə nüfuz qazanmaqdır.

Bu vaxta qədər TYB Azərbaycan və iqtisadi, biznes sahəsində nail olduğu perspektivlər barədə onlarla məqalə, Azərbaycanın nüfuzlu simaları, maraqlı şəxsləri ilə 29 müsahibə dərc edib. Qeyd edək ki, jurnalın son nəşri də məhz Azərbaycana həsr edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti