Tələbələrə 109 milyon manatdan çox təqaüd ödənilib

   Tələbələrə 109 milyon manatdan çox təqaüd ödənilib
  21 May 2022    Oxunub:1014
2021-ci il dövlət büdcəsində dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üzrə 312,3 milyon manat proqnoza qarşı icra 311,9 milyon manat olub.
AzVision.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb. Hesabatda qeyd edilir ki, bu xərclərdən 109,5 milyon manatı tələbələrə verilən təqaüd xərcləri, 202,4 milyon manatı isə təhsil və tibb müəssisələrində təhsil xərcləri təşkil edib.

AzVision.az



Teqlər: Tələbə  





Xəbər lenti