Polis serjantı özünü güllələdi

Polis serjantı özünü güllələdi
  04 Aprel 2013    Oxunub:1522
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı özünü güllələyib.
Hadisə bu gün saat 18:00 radələrində Ağdaşın Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Cavadov Zöhrab Əlövsət oğlu yaşadığı evin yaxınlığında ov tüfəngi ilə özünü vurub.

Polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında çalışan polis serjantı Zöhrab Cavadovun intihar etməsinin səbəbi hələlik məlum deyil. Zöhrab Cavadov subay olduğu və 6 ildir polis orqanlarında çalışdığı bildirilir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağdaş rayon prokurorluğu tərəfindən araşdırma aparılır. /apa


Teqlər:  





Xəbər lenti