Ağadadaş Ağayev: "Hələ səhnəyə qayıtmağı düşünmürəm"

      Ağadadaş Ağayev:    "Hələ səhnəyə qayıtmağı düşünmürəm"
  31 May 2022    Oxunub:2409
Xalq artisti Ağadadaş Ağayev "Sözbaz" proqramına qonaq olub.
AzVision.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənni artıq sağaldığını bildirib.

"Artıq xəstəliklə vidalaşdım. Amma 3-5 aydan bir müayinəyə gedirik".

Ağayevi veriliş hələlik səhnəyə qayıtmağı düşünmədiyini bildirib:

"Tamaşaçılar üçün darıxmışam. 8-ə yaxın mahnı yazmışam, musiqisi özümə aiddir. Onları ərsəyə gətirmək üçün mənə 2 ay zamana ehtiyacım var. Dinləyicilər zaman versin, qayıdacam".

Qeyd edək ki, müğənni bir neçə dəfə İstanbulda əməliyyat olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti