“Xocalıyla bağlı təxribat olarsa,qarşısı alınacaq”

“Xocalıyla bağlı təxribat olarsa,qarşısı alınacaq”
  05 Aprel 2013    Oxunub:1349
“Ermənilərin təxribatçı əməllərindən əl çəkmək istəməməsi, dünya birliyinə meydan oxumaq niyyətlərindən xəbər verir”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov ermənilərin Xocalı aeroportu ilə bağlı təxribat aparmasına dünya birliyinin imkan verəcəyini düşünmür. O, ermənilər tərəfindən aparılan bu təxribatların dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar tərəfindən qarşısının alınacağını deyib.

O, həmçinin, Azərbaycanın bugünkü mövqeyinin də həmin təxribatların qarşısını almaq iqtidarında olduğunu vurğulayıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti