Müharibə köçəri quşlara da təsir edib- Alimlər həyəcan təbili çalır

Müharibə köçəri quşlara da təsir edib-   Alimlər həyəcan təbili çalır
  31 May 2022    Oxunub:2467
Ukrayna müharibəsi bir sıra ekoloji problemlərlə yanaşı, heyvanat aləminə də çox ciddi təsir edir. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilir ki, bir sıra ekoloqlar və vəhşi təbiətin araşdırması ilə məşğul olan alimlər artıq aktiv döyüşlər səbəbindən Ukrayna ərazilərinə mövsümi köç edən quşların buradan yan keçdiyini yazırlar. İddia olunur ki, əvvəlki illərdə yaz aylarında Ukrayna ərazisində müvəqqəti məskən salan bir sıra vəhşi quşlar silah-sursatların susmaması səbəbindən burada özlərinə yuva qura bilmir, göl və su hövzələrində məskunlaşanmırlar.

Ekoloqlar bu ölkədə hava, torpaq və suyun da qışdan davam edən ağır döyüşlər, güclü partlayış və yanğınlar səbəbindən kifayət qədər çirkləndiyini bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti