“Şuşa paytaxt olsun”

“Şuşa paytaxt olsun”
  05 Aprel 2013    Oxunub:1575
“Bu, bütün türk dünyasının dünyaya çox önəmli və böyük əhəmiyyət daşıyan mesajı olardı”
Deputat Qənirə Paşayeva İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Dünya Türk Forumunda çıxış edib.

O, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə Azərbaycan və Türkiyənin, bütün türk dövlət və toplumlarından olan diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Qondarma erməni soyqırımının 100 illiyində erməni lobbisinin böyük səylər göstərəcəyini deyən deputat Ermənistanın işğalı altında olan Şuşa şəhərinin 2015-ci ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan olunmasını təklif edib: “Bu, bütün türk dünyasının dünyaya çox önəmli və böyük əhəmiyyət daşıyan mesajı olardı”.

Qənirə Paşayeva 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qırğınlardan danışıb: “Bəzi ölkələr gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edir.

Bu yalanların qarşısının alınmasının tək yolu türk dünyasının mübarizəsini daha da gücləndirməsi və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmasıdır. Biz türk milləti olaraq ortaq problemlərimizi birlikdə həll etməliyik”. (Media forum)


Teqlər:





Xəbər lenti