Kanadalı qonaqlar Şuşada oynadılar - VİDEO

   Kanadalı qonaqlar Şuşada oynadılar -    VİDEO
  06 İyun 2022    Oxunub:2419
Azərbaycanın ədalətli mövqeyini və Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə ölkəmizə səfər edən Kanada nümayəndə heyəti Gəncə və Şuşaya səfər edib.
Nümayəndə heyətində Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə Heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner, Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmail Vataner, “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənova təmsil olunur. Bu səfər Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənovanın təşəbbüsü ilə baş tutub.

Gəncə şəhərində qonaqlar Vətən müharibəsi dönəmində Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin bombardmana məruz qalmış ərazisini, gənclərin əl işlərinin nümayiş etdirildiyi sərgini, Nuri Paşanın ev muzeyini və Xan bağını, Şuşa şəhərində isə Gəncə Qapısını, Cıdır düzünü, “Güllələnmiş heykəllər”in olduğu meydanı, Bülbülün ev muzeyini, Qazançı kilsəsini ziyarət ediblər.



Hər iki qədim şəhərimizdə qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən I və II Qarabağ müharibələri zamanı barbarcasına törədilmiş terrorizm və vandalizm aktları barədə ətraflı məlumat verilib. Səfər zamanı nümayəndə heyətini Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Fuad İsmayılzadə, Gəncənin yerli dövlət orqanlarının və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təmsilçiləri müşayiət ediblər.

Kanadalı qonaqların Şuşaya səfəri zamanı maraqlı anlar yaşanıb. Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin Şuşadakı heykəlini ziyarət edən qonaqlar burada dahi bəstəkarın “Uzundərə” rəqsinin sədaları altında qol götürüb oynayıblar.

AzVision.az



Teqlər: Kanada  





Xəbər lenti