Kimlərin uşaqları çirkin olur?

Kimlərin uşaqları çirkin olur?
  22 Aprel 2014    Oxunub:4861
Kişinin yaşı onun nəslinin cazibədarlığına təsir edir
Hesab olunur ki, bütün körpələr gözəldirlər. Lakin Vyana universitetinin araşdırmaları sübut edib ki, əsasən yaşlı atalardan çirkin uşaqlar olur. Buna səbəb isə spermatozoid ifraz edən hüceyrələrin qocalması nəticəsində baş verən genetik mutasiyadır.

Alimlər araşdırmalarına görə, onların sayı hər 16 ildə iki dəfə artır. Əgər 20 yaşlı kişidə 25 mutasiya baş verirsə, 40 yaşlı kişidə onun sayı 65 olur. 56 yaşlı kişilərdə isə mutasiyaların sayı yenidən iki dəfə artır. Avstriyalı alimlərin fikrincə, 22 yaşlı kişinin övladı, 40 yaşlı kişinin övladına nisbətən 5-10 faiz daha yaraşıqlı olur.

Daha əvvəl alimlər sübut ediblər ki, yaşlı ataların uşaqlarında autizm və psixi problemlərin aşkarlanması riski olduqca yüksəkdir. Eyni zamanda ekspertlər müəyyən ediblər ki, yaşlı ataların övladları uzunömürlü olurlar.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti