NASA-da naməlum hadisələri araşdıran xüsusi qrup yaradıldı

NASA-da naməlum hadisələri araşdıran xüsusi qrup yaradıldı
  10 İyun 2022    Oxunub:1697
Amerika Kosmik Agentliyi (NASA) naməlum hava hadisələrini tədqiq etmək üçün müstəqil qrup yaratdığını elan edib. AzVision.az xəbər verir ki, bu barədə kosmik agentliyin rəsmi saytında məlumat verilib.
Tədqiqat qrupuna Nyu Yorkdakı "Simons" Fondunun prezidenti və əvvəllər Prinston Universitetində astrofizika kafedrasına rəhbərlik etmiş astrofizik David Spergel rəhbərlik edir.

İşçi qrup bu ilin payızında təyyarələrə bağlı və ya məlum təbiət hadisələrinə aid edilən lakin dəqiq müəyyən edilə bilməyən hava hadisələrini araşdırmağa başlayacaq. Tədqiqatçılar əvvəlcə bu cür hadisələr haqqında mövcud məlumatları toplayacaqlar ki, onların elmi izahlarını tapsınlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti