Amerikalı politoloq: Nüvə müharibəsi riski var - EKSKLÜZİV

      Amerikalı politoloq:    Nüvə müharibəsi riski var -    EKSKLÜZİV
  10 İyun 2022    Oxunub:3360
“Təəssüf ki, hazırda nüvə müharibəsi riski var. Bununla belə, nüvə müharibəsinin olacağına şübhə edirəm. Rusiyada hələ də ağlı başında olan hərbçilər və kəşfiyyatçılar var və məncə, onlar Putinin belə bir hücuma keçməsinə mane olacaqlar”.
Bu sözləri AzVision.az -a açıqlamasında Amerikalı politoloq, Transatlantik Liderlik Şəbəkəsinin vitse-prezidenti Saşa Toperiçin deyib. O bildirib ki, əgər ritorika dəyişməsə, diplomatik baxımdan heç bir irəliləyiş olmasa, biz həqiqətən də Kuba raket böhranının gərgin günlərini yenidən görə bilərik.

- Rusiya-Ukrayna müharibəsinin nəticəsini necə görürsünüz?
- Donetsk və Luqanskda muxtariyyət və özünüidarə yüksək səviyyədə olmalıdır. Rusiya öz qoşunlarını Ukraynadan tamamilə çıxarmalıdır. Bu baş verərsə, Ukrayna Aİ-yə üzvlük prosesinə başlaya bilər. Ukrayna NATO-dan kənarda qalmalıdır. Müharibə uzana bilər, amma bu heç kimin vecinə deyil. Əslində, bu ssenari həm qlobal sülh və sabitlik, həm də qlobal iqtisadiyyat üçün kifayət qədər təhlükəlidir.

- Müharibəni necə dayandırmaq olar?
- Qərb Rusiyanın öz qoşunlarının Ukraynadan çıxarması üçün bir yol tapmalıdır. Ritorika dəyişməlidir. Putinlə Zelenski arasında görüş təxirə salınmadan baş tutmalıdır. Hər iki tərəflə yaxşı münasibətləri olduğuna görə münaqişənin sona çatmasında mühüm rol oynaya biləcək Türkiyəyə üstünlük verilməlidir. Hər iki liderin öhdəlikləri ictimaiyyətə açıqlanmalıdır. Bu, Rusiya-Ukrayna münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər.

- Cənubi Qafqazda Ukrayna ssenarisinin təkrarlanması riski varmı?
- İnanmaq istəyirəm ki, Rusiya digər mümkün cəbhələr açmaqla yeni müharibələrə girməyəcək. Rusiya Avropadan belə yekdil cavab və ABŞ-ın Ukrayna ilə bağlı qətiyyətli addımını gözləmirdi. Dünyanın əksər ölkələri Rusiyanı Ukraynaya hücum etdiyinə görə qınayır. Əgər Ukraynada müharibə davam edərsə, bitərəf ölkələr Rusiyanı qınamağa və ona qarşı sanksiyalar tətbiq etməyə meyilləndirilə bilər.

Seymur Məmmədov
Tərcümə: Nadir Quliyev
AzVision.az



Teqlər: Müharibə  





Xəbər lenti