Qəbul imtahanında yüksək nəticə göstərən BÖLGƏLƏR

   Qəbul imtahanında yüksək nəticə göstərən    BÖLGƏLƏR
  10 İyun 2022    Oxunub:770
Ötən il qəbul imtahanlarının II mərhələsində ən yüksək nəticəni Azərbaycan bölməsində Sumqayıt şəhəri, rus bölməsində isə Quba rayonunun abituriyentləri əldə edib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Abituriyent 12 jurnalında qeyd edilib. Bildirilib ki, Təhsil Nazirliyinə daxil olan lisey və gimnaziyalarda, Sumqayıt, Bakı şəhərləri, Qubadlı, Oğuz, Neftçala, İsmayıllı, Masallı, Salyan, Ordubad, Tovuz, Culfa, Qəbələ, Yardımlı Balakən rayonlarının məzunları da stabil olaraq yüksək nəticələr göstərirlər.

Qeyd edilib ki, bunda həmin şəhər və rayonlarda dərs deyən müəllimlərin, şəhər və rayon rəhbərliyinin və təhsil şöbəsi işçilərinin mühüm rolu vardır. Ümumiyyətlə, gənclərimizdə oxumaq, öyrənmək həvəsi və potensialı olduqca yüksəkdir. Bunun reallaşdırılması isə birinci növbədə təhsil işçilərindən asılıdır. Burada təhsil işinin düzgün qurulması, müəllimlərin işə vicdanlı münasibəti, günün tələblərinə uyğun dərslik və dərs vəsaitlərinin hazırlanması və vaxtlı-vaxtında şagirdlərə çatdırılması mühüm amillərdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti