Ötən il 38 nəfər təhsil haqqını ödəyə bilməyib

   Ötən il 38 nəfər  təhsil haqqını ödəyə bilməyib
  10 İyun 2022    Oxunub:1333
Ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə, akademik məzuniyyət götürüb. Bunlardandan 20 nəfəri bakalavriat, 3 nəfər magistratura, 5 nəfəri tam orta ixtisas bazası və 1 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd olunub.

2021-ci ildə hərbi xidmətə çağırışla əlaqədər 2892 nəfər akademik məzuniyyət götürüb ki, onların 570 nəfəri bakalavriat, 240 nəfəri magistratura, 1858 nəfəri tam orta ixtisas bazası və 224 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.

Ötən il həmçinin 3542 nəfər təhsil müəssisələrinə bərpa olunub. Onların 1578 nəfəri bakalavriat, 374 nəfəri magistratura, 1203 nəfəri tam orta ixtisas bazası və 387 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti