"Onlar bu addımı bilə-bilə atıblar"- Məleykə Abbaszadə

"Onlar bu addımı bilə-bilə atıblar"-    Məleykə Abbaszadə
  10 İyun 2022    Oxunub:1216
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qayda pozuntusuna görə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyinə aydınlıq gətirib.
AzVision.az -ın məlumatına görə, DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək.

"Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəman"a çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini deyənlər nə üçün minlərlə abituriyenti deyil, yalnız qayda-qanunu pozanları fikirləşir. Onlar bu addımı bilə-bilə atıblar. Onların bu il müsabiqədə iştirak etmək hüququ yoxdur, bu, qaydalarda qeyd edilib", - o deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti