80 metr yüksəklikdən yıxıldı, möcüzəvi şəkildə sağ qaldı- FOTO

   80 metr yüksəklikdən yıxıldı, möcüzəvi şəkildə sağ qaldı-    FOTO
  14 İyun 2022    Oxunub:2318
Karpat dağlarında bir nəfər 80 metr hündürlükdən yıxılıb. AzVision.az xəbər verir ki, Ukrayna mediası onun sağ qalmasını möcüzə adlandırıb.
"Hətta xilasedicilər zarafatla deyirlər ki, bu kişi köynəkdə doğulub.
Bu, möcüzəvi şəkildə faciə ilə bitməyən insident barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Zakarpat vilayəti üzrə Baş İdarəsi məlumat yaydı. Dağlar təkcə gözəllik və əzəmət deyil, həm də təhlükədir. Bu təhlükəylə üzləşən şəxs isə Raxiv rayonunun Yasinya kəndinin 30 yaşlı sakini olub. Xoşbəxtlikdən dağ xilasediciləri vaxtında köməyə gəliblər", - UNİAN yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Dağ  





Xəbər lenti