İnsanlar ölümdən əvvəl nə görür? - Tibb bacısı açıqladı

   İnsanlar ölümdən əvvəl nə görür? -    Tibb bacısı açıqladı
  15 İyun 2022    Oxunub:1879
Vaşinqtonda hospislərin birində tibb bacısı işləyən Penni Smit “TikTok”da yayımladığı bir videoda insanların ölümdən əvvəlki vəziyyətini açıqlayıb.
O bildirib ki, adətən can verən insanlar mərhum yaxınlarını gözlərinin önündə görürlər.

“İnsan öləndə adətən sevdiyi ölmüş insanları, bəzən isə hətta ölmüş ev heyvanlarını qarşısında dayandığını görür”, - deyə qadın bildirib.

Onun sözlərinə görə, bir qayda olaraq, belə insanlar tavana və ya otağın küncünə baxırlar.

Smitin sözlərinə görə, çox vaxt belə hallarda can verən xəstənin yanında olan ailə üzvləri otaqda heç kimin olmadığını deyərək xəstələri reallığa qaytarmağa çalışırlar. Tibb bacısı qeyd edib ki, bunu etmək olmaz, çünki bu, ölmək üzərə olan insanın dincliyini pozur.

“Ona görə də, ölmək üzrə olan insanlar mərhum qohumlarını, sevdiklərini gördüklərini söylədikdə, bu, tamamilə normaldır”, - deyə o, sözlərini yekunlaşdırıb. /saglamolun.az/

AzVision.az



Teqlər:





Xəbər lenti