Azərbaycanda çap olunan dərsliklərin sayı açıqlandı

Azərbaycanda çap olunan dərsliklərin sayı açıqlandı
  17 İyun 2022    Oxunub:1230
2021-2022-ci tədris ilində ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.
Bu barədə AzVision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və müəllimlər üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb.

Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb və tədrisinə başlanılıb. İlk dəfə xüsusi məktəblər üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, müəllim və valideynlər üçün metodik vəsaitlər hazırlanıb.

Tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti