Məşhur aktyor 18 yaşında öldü

Məşhur aktyor 18 yaşında öldü
  18 İyun 2022    Oxunub:1360
Məşhur "Far the Walking Dead" (Gəzən ölülərdən qorxun-red.)serialındakı rolu ilə tanınan aktyor Tayler Sanders 18 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, Sanders cümə axşamı Los-Ancelesdəki evində dünyasını dəyişib.
Ölümün səbəbi hələlik müəyyən edilməyib. Yaxın günlərdə meyitin yarılması prosesi aparılacaq.

Qeyd edək ki, Sanders "The Walking Dead" serialından əlavə "9-1-1: Lone Star" televiziya serialında da rol alıb. Aktyor həm də “A Little Bit of Magic: Mystery City” filmində Leo roluna görə "Emmi" Mükafatına namizəd olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti