- İndiki halda yalnız hərbi əməliyyatların dayandırılması ilə vəziyyətin “dondurulması” ehtimalını qəbul etmək olar. Bu da Ukraynanın bir sıra bölgələrinə Rusiya qoşunlarının nəzarət etməsi, Donetsk və Luqanskın təcrid olunması, sonu bəlli olmayan nəticəsiz danışıqlardır. Ukrayna isə qarşıdakı 20 il ərzində ərazilərinin itirilməsi ilə razılaşmayacaq.
Digər variant da Ukraynanı iqtisadi və siyasi mənada zəiflətməkdir. Rusiyanın ultimatumuna razı olmayan bütün Ukrayna siyasətçiləri, ictimai xadimləri real siyasi güc kimi sıradan çıxarılacaq. O zaman siyasi qərarları yalnız barışdırıcı mövqedə olanlar verəcəklər.
Nüvə mübahisəsi ciddiləşir: “Newsweek” cəhənnəm ssenarisini cızdı |
- Müharibəyə son qoymağa nə kömək edə bilər?
- Yalnız Rusiya rəhbərliyinin mövqeyindəki köklü dəyişiklik. Bu isə bildiyimiz kimi, indiki hakimiyyət dövründə mümkün deyil. Ya da Ukraynanın tam kapitulyasiyası. Bu da real deyil.
- Bəşəriyyətin nüvə müharibəsi astanasında olması ilə bağlı narahatlıqlar var. Bu hansı hallarda baş verə bilər?
- Bəşəriyyət, şübhəsiz ki, nüvə müharibəsi astanasındadır. Son 40-50 ildə bu müharibənin məsuliyyəti və nəticələri ilə bağlı qorxu xeyli dərəcədə azalmışdı. Rusiya, İran, Koreya liderlərinin aşkar bir tezisi var: Qərbdə ölməkdən o qədər qorxurlar ki, bizi vurmağa və ölümcül cavab zərbəsi almağa risk etməyəcəklər. Biz isə ölümdən qorxmuruq! Ölmüşük, amma təslim olmamışıq! Biz elə bu dəqiqə də ölə bilərik! Ancaq təslim olmarıq, ibrət dərsi verərik!
- Rusiyanın Ukrayna ilə müharibəsini rusların əksəriyyəti dəstəkləyirmi? Rəy sorğuları nə göstərir?
- Təəssüf ki, Rusiya əhalisinin əksəriyyəti müharibəni dəstəkləyir. Tam qələbəyə qədər getməyi tələb edir. Ukraynanın bir dövlət kimi ləğvini istəyir. Hakimiyyətin televiziyadan qalibiyyətlə bağlı verdiyi hesabatlara reaksiya belədir. Xalq instinktiv olaraq tarixi “antifaşizm” ovqatına köklənib.
- Cənubi Qafqazda Ukrayna ssenarisinin təkrarlanması riski varmı?
- İnanmıram. Qafqaz xalqları bu vəziyyətə kifayət qədər obyektiv baxırlar. Ukrayna ssenarisinin təkrarlanmasına səbəb ola biləcək ən kiçik eyhamı belə aydın başa düşəcəklər.
Samir Vəliyev
Nadir Quliyev
AzVision.az