Avropa liderlərinin Kiyev səfərində gizli məqsəd olubmu? – Ekspert rəyləri

   Avropa liderlərinin Kiyev səfərində gizli məqsəd olubmu? –    Ekspert rəyləri
  20 İyun 2022    Oxunub:3326
Qərb mediasında yayılan bəzi məlumatlara görə, ötən həftə Fransa, Almaniya və İtaliya liderləri Ukraynaya səfərləri zamanı bağlı qapılar arxasında, çox güman ki, prezident Zelenskini Rusiya ilə danışıqlar masasına oturmağa çağırıblar. AzVision.az iki xarici ekspertdən bu məsələni aydınlaşdırmağı xahiş edib.
Belaruslu politoloq Denis Bukonkinin sözlərinə görə, Şolts, Makron və Draqinin Ukraynaya gəlişi Avropadan olan “mötədil” dövlət rəhbərlərinin ilk “qrup” səfəri olub. “Polşa, Litva, Latviya və ya Çexiyadan fərqli olaraq, bu dövlətlər Aİ-nin maraqlarını başa düşür və taleyinə görə məsuliyyət daşıyırlar. Avropa İttifaqının görünməmiş səviyyədə inflyasiya, kəskin qaz və neft qıtlığı ilə üzləşdiyi bir şəraitdə Avropanın Ukraynadakı vəziyyəti həll etmək üçün uzağı altı ay vaxtı var. Əks halda iqtisadi xərclər əhali arasında narazılığa səbəb olacaq ki, bunu “demokratiya naminə əziyyət” ilə izah etmək kifayət qədər müşkül məsələdir” ,- deyə ekspert bildirib. Onun fikrincə, məhz buna görə də Avropa liderləri yüksək ehtimalla Aİ-yə namizəd statusundan bazarlıq kimi istifadə edərək, Zelenskini Rusiya ilə müharibəyə son qoymaq üçün danışıqlara razı salmağa gəliblər.
Nüvə mübahisəsi ciddiləşir: “Newsweek” cəhənnəm ssenarisini cızdı

- Ancaq anlamaq lazımdır ki, Ukraynaya Böyük Britaniya və ABŞ-dan, bunun ardınca Almaniya, Fransa və digər Aİ ölkələrindən davamlı silah tədarükü Kiyevi üzüyola etmir. Bundan əlavə, Ukrayna hakimiyyəti əmindir ki, Aİ-yə namizəd statusunu istənilən şərtlər altında alacaq. Bu baxımdan Ukrayna Moskva ilə danışıqlar aparmaqda o qədər də maraqlı deyil, xüsusən ona görə ki, danışıqlarda mövqeyi Türkiyədəki son raundla müqayisədə xeyli pisləşib, - belaruslu ekspert qeyd edib.

Rusiya hökuməti yanında Maliyyə Universiteti filialının direktoru, “İnkişaf Komitəsi” ekspert klubunun rəhbəri, elmlər namizədi Pavel Klaçkov isə düşünür ki, indi həm Avropa siyasətində, həm də avropalı siyasətçilərin diplomatiyasında böhran və deqradasiya var. “Kolbasa-Şolts oyun qaydalarına dair tam biliyinin olmadığını nümayiş etdirir. Hamı xaotik şəkildə tullanıb-düşür. Siyasəti isə Kiyevdəki görüşdə iştirak etməyən London müəyyənləşdirir. Londonun siyasəti birmənalı olaraq Ukrayna dövlətinin məhvinə yönəlib və onu Rusiyaya qarşı qızışdırmaqdan ibarətdir. Onlar bunda qərarlıdırlar. Hər şey “Brexit” proseduru ilə başladı. Həm də təkcə Böyük Britaniya Avropanı tərk etdiyi üçün deyil. Onların fərqli, hətta ziddiyyətli maraqları var. Kontinental Avropa müvəqqəti olsa da, sakitlik istəyir. Lakin London aqressiv və qətiyyətlidir. Onun törətdiyi yanğında Ukrayna məhv olur”.

Onun fikrincə, Kiyev səfəri sadəcə imitasiyadır. Orada heç nə həll olunmur və olunmayacaq.

Samir Vəliyev
Murad Nəcəfov
Nadir Quliyev

AzVision.az


Teqlər: Müharibə   Ukrayna   AB  





Xəbər lenti