Neapolda məşhur fransız aktyoru soydular

Neapolda məşhur fransız aktyoru soydular
  21 İyun 2022    Oxunub:1600
Məşhur fransız aktyor və rejissor Daniel Otey Neapolda quldurların hücumuna məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın "Rai" televiziyası məlumat yayıb.
Qeyd edilir ki, aktyor İtaliyanın cənubuna "Campaign" Teatr Festivalı çərçivəsində nümayiş olunacaq tamaşada iştirak etmək üçün gəlibmiş. Bazar ertəsi o, taksi ilə Neapolun mərkəzindən keçib. Güclü istilər səbəbindən avtomobilin şüşələrini açıblar.

Qəfildən motosikletlə olan iki naməlum şəxs avtomobilə soxularaq, aktyorun qolundan 39 min avro dəyərində olan “Patek Philippe” saatını çıxarıb. Cinayəti törədənlər dərhal qaça biliblər.
Otey isə hadisə ilə bağlı İtaliya polisinə şikayət edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti