Polad Bülbüloğlu Şuşadakı evində məşq edir - VİDEO
22 İyun 2022
Oxunub:733
Polad Bülbüloğlunun Şuşada keçiriləcək konsertə hazırlaşarkən görüntüləri yayımlanıb.
Sözügedən görüntüləri məşhur jurnalist Emin Musəvi sosial şəbəkə hesabında paylaşıb. Belə ki, bu gün Şuşada Xalq artisti Bülbülün anadan olmasının 125-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək. Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu münasibətlə Şuşada konsert verəcək. Həmin görüntüləri təqdim edirik: