Milli Parkda "True Colors Festival”ı başlayıb
Qeyd edək ki, tədbirə fiziki məhdudiyyətli insanlarla yanaşı, Azərbaycanın peşəkar müğənni, aktyor və rəqqasları da cəlb edilib. Festivalda hər iki xalqın mədəniyyət və incəsənət nümunələri təqdim olunur. Layihə çərçivəsində Yaponiya-Azərbaycan dostluğunu tərənnüm edən 5 dəqiqəlik film nümayiş etdirilir. 20 nəfər könüllü tərəfindən Azərbaycan və Yaponiya bayraqları dalğalandırılacaq. Tədbirdə Azərbaycan Paralimpiya Komitəsinin şüarlarını əks etdirən videoçarx da izlənilir. Videoçarxda Tokio 2020 XVI yay Paralimpiya oyunlarında Azərbaycan Paralimpiya Komitəsinin yığmasının 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq tarixi rekorda imza atmasından bəhs olunur. Festivala video formatda Afrika qitəsindən Siera Leonda yaşayan görmə məhdudiyyətli uşaqlar da qoşularaq, musiqi nömrələrini təqdim edirlər. Dövlət Gənc Tamaşaçılar və “ƏSA” teatrlarının aktyorlarının ifasında hər bir nömrəyə uyğun canlı klip, interaktiv tamaşa və pantomim səhnələr göstərilir.
Konsert proqramında Azərbaycan musiqisi, həmçinin dünya xalqlarının yaradıcılığından nümunələr yer alıb. Festivalın məqsədi əlilliyi olan şəxslərin abilitasiya tədbirləri vasitəsi ilə cəmiyyətə inteqrasiyasının, insanları bir araya gətirərək əhalinin müxtəlif təbəqələri arasında inklüzivliyin təbliğ olunması və incəsənətə marağın artırılmasıdır.
AzVision.az
Teqlər: Milli-Park Festival