“Hamı Putinin Qazaxıstana nə edəcəyini gözləyir” – Qazax politoloq

   “Hamı Putinin Qazaxıstana nə edəcəyini gözləyir” –    Qazax politoloq
  27 İyun 2022    Oxunub:3416
“Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Sankt-Peterburq İqtisadi Forumunda ölkəmizə qarşı qeyri-loyal münasibətilə tanınan, əvvəllər Qazaxıstana qarşı bəzi iddialar irəli sürmüş rusiyalı jurnalist Marqarita Simonyanın təxribat xarakterli suallarına konkret, birmənalı cavablar verib”.
Bu sözləri AzVision.az -a Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Aydar Amrebayev deyib. O bildirib ki, Tokayev fikrini təkcə geniş auditoriyaya deyil, həm də Rusiya prezidentinin üzünə dedi. Hamı Rusiya prezidentinin bundan sonra nə edəcəyini gözləyir.

- Qazaxıstan ictimaiyyətinin Tokayevin çıxışına reaksiyasına gəlincə, “prezidentimiz əla oğlandır” kimi çoxlu fərəhli rəylər oxudum. Təbii ki, Rusiyada Tokayevin çıxışı birmənalı qarşılanmayıb. Biz əbədi dostumuzun iradlarına bir növ öyrəşmişik və zərbəyə tab gətirə bilirik. Cənab Zatulinin Qazaxıstan haqqında demədiklərini biz onun “İt hürər, karvan keçər” sözlərindən anlayırıq. Baxmayaraq ki, bu, Rusiya ilə münasibətlərin yaxşılaşmasına kömək etmir. Qazaxıstana heç kimlə münaqişə lazım deyil, - A. Amrebayev qeyd edib.

Qazax ekspert bildirib ki, hazırda siyasi kontekst Qazaxıstan neftinin dünya bazarlarına çıxarılmasının qarşısının alınması ilə bağlı vəziyyət ətrafında cərəyan edir: “Ölkəmizin rəhbərliyi nəqliyyat dəhlizlərinin, marşrutlarının və qlobal bazarda iştirak imkanlarının diversifikasiyasına çalışır. Tokayev Sankt-Peterburq forumunda deyib ki, açıq olmaq və mövcud bazar boşluqlarından istifadə etmək lazımdır. Qazaxıstan rəhbərliyi hazırda məhz belə edir. Konstitusiya dəyişikliklərini təsdiqləyən referendumdan sonra ölkə daxilində siyasi modernləşmə prosesi gedir. Daha 20 qanun işlənib hazırlanmalıdır, ölkəmiz super-prezident hakimiyyət modelindən balanslı və hakimiyyətin müxtəlif qollarına sivil nəzarət modelinə keçəcək”,- A.Amrebayev bildirib.

Xatırladaq ki, Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Novorossiyskdə yerləşən və Qazaxıstan neftinin 80 faizinin Rusiya vasitəsilə Qərbə daşındığı iki yanalma platforması bir həftədən çoxdur ki, sıradan çıxıb.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az




Teqlər: Rusiya   Qazaxıstan  





Xəbər lenti