Qadınlar niyə xoruldayır? - Alimlər səbəbi tapdı

   Qadınlar niyə xoruldayır? -    Alimlər səbəbi tapdı
  29 İyun 2022    Oxunub:4834
Hər 20 qadından biri obstruktiv apnoedən əziyyət çəkir. Adətən qadınlar menopauza dövründə xoruldamağa başlayır.
AzVision.az xəbər verir ki, qadın xorultusu cinsiyyət hormonlarının vəziyyətindən asılıdır.

Norveçin Bergen universitetinin alimləri yeni elmi tədqiqatlarında qadın xorultusunun səbəbini araşdırıb.

Alimlər 40-67 yaş arası 774 qadının tibbi məlumatlarını incələyib. 71% iştirakçı bildirib ki, gecələr xoruldayırlar, onların hamısında obstruktiv gecə apnoesi diaqnoz olunub.

Apnoe zamanı tənəffüs ritmi pozulur, gecə yuxuda tənəffüs bir neçə saniyəlik dayanır, sonra qəfil bərpa olaraq, xorultu ilə davam edir. Belə epizodlar gecəboyu 20-40 dəfə təkrarlana bilər.

Analizlər göstərib ki, xorultu ilə qadın cinsiyyət hormonları arasında sıx bağlılıq var.

Qanında ekstogen hormonu çox olanlarda gecə xorultusu az olur, progesteron hormonu isə xorultu riskini 9% azaldır.

Alimlər hesab edir ki, qadınlarda xorultunu müalicə etmək üçün hormonal terapiya aparmaq olar.


Teqlər:





Xəbər lenti