Ata qızının hərəkətinə görə toy xərclərini ödəmədi

Ata qızının hərəkətinə görə toy xərclərini ödəmədi
  29 İyun 2022    Oxunub:3846
58 yaşlı ata payızda keçiriləcək 27 yaşlı qızının toy məsrəflərini ödəməyəyə söz versə də, qızının xanımını (ögey anasını) dəvət etməməsinə görə toyun məsrəflərini ödəmək fikrindən daşınıb.
“Daily Mail”in xəbərinə görə, bunun səbəbinin açıqlayan ata deyib ki, 15 il əvvəl boşanıb və 8 il bundan əvvəl yenidən evlənib: “Qızım heç vaxt həyat yoldaşımı sevməyib”.

Kişi qızından ögey anasını niyə dəvət etmədiyini soruşduqda, o, mərasimdə yalnız “əsl ailə” üzvlərini görmək istədiyini söyləyib.

“Onun bu hərətkətindən əsəbiləşdim və toyun xərclərini ödəməkdən imtina etdim” - ata qeyd edib./Ölkə.Az


Teqlər:





Xəbər lenti