Türkiyəli deputat: “Erməninin ağlı mənə lazım deyil”

Türkiyəli deputat: “Erməninin ağlı mənə lazım deyil”
  05 Aprel 2013    Oxunub:1793
Türkiyənin PKK terror təşkilatı ilə sülh danışıqları prosesinin müzakirə ediləcəyi “Aqil insanlar”ın siyahısında ermənilər də var
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Milliyətçi Hərəkət Partiyasının deputatı Əhməd Duran Bulud deyib. O, “Aqil insanlar” siyahısında ermənilərin olmasına çox sərt reaksiya verib.

“Siyahıda erməninin də adı var, guya ki, ağıllıdır. Onun ağlını yeyərəm. Ermənin ağlı mənə lazım deyil. Bir erməni bir türk üçün nə düşünər? Türkiyədə erməni vətəndaşlarımız var, onlara hörmət edirəm və sevirəm. Dünənə qədər dövlətə qarşı olan, türk millətindən qisas almaq istəyən insanları aqil adam deyə seçiblər”-deyə, millət vəkili sərt danışıb.

Qeyd edək ki, PKK terror təşkilatı ilə sülh danışıqları prosesinin müzakirə ediləcəyi “Aqil insanlar”ın siyahısı tutulub. Və sülh danışıqlarında bir çox tanınmış akademik, jurnalist, yazıçı, aktyor və müğənninin fikirlərindən istifadə olunacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti