Ermənistana qarşı cəza əməliyyatının vaxtı çatıb – Ədalət Verdiyev

   Ermənistana qarşı cəza əməliyyatının vaxtı çatıb –    Ədalət Verdiyev
  05 İyul 2022    Oxunub:4048
2023-cü ilin may ayında, bəlkə bir az da tez Laçın şəhərinin mərkəzində üçrəngli Bayrağımız dalğalanacaq. Paşinyanın son müsahibəsində dedikləri isə sadəcə erməni xalqını növbəti mənəvi-psixoloji sarsıntılara hazırlamaq məqsədi daşıyırdı.
Paşinyan nədənsə müsahibəsində Qarabağdakı erməni silahlıların çıxarılmaması, sərhəddə atəşkəsin ermənilər tərəfindən hər gün pozulması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin təyin edilməsinin və sülh sazişinin imzalanmasının yubadılması kimi məsələlərdən danışmır.

Əslində bu problemləri yaradan Ermənistan hökuməti son nəticədə növbəti dəfə “Dəmir Yumruq”la qarşılaşmanın yaxınlaşdığını hiss edir. Ermənistan ordusu isə nəinki müharibəyə, heç lokal toqquşmaya belə hazır deyil. Bunu Qarakilsədə, Ala göllərdə, Fərruxda və başqa yerlərdə yaxından müşahidə etdik. Müharibəyə hazır olmayan Ermənistanın atəşkəsi pozması isə İrəvana böyük fəlakətlər vəd edir.
İnqilabçı keşiş fəallaşıb: Baş Qərargah rəisini görüşə çağırdı

Azərbaycanın səbr kasasının dolduğu artıq sirr deyil. Ordumuzun cavab kimi həyata keçirəcəyi növbəti cəzalandırma əməliyyatları əvvəlkilərdən daha sərt və sürətli olacaq. Bu əməliyyatların “Ermənistanı birgə bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək” kimi təsnifatlandırılması mümkündür.

Bu əməliyyatlar çərçivəsində keçən ilin avqustun 16-da Zəngəzur dəhlizinin açılması üçün Laçın-Qarakilsə-Görus-Şahbuz istiqamətində həyata keçirilən tədbirlər də davamı etdirilə bilər. İrəvanın vaxtı uzatması artıq mümkün görünmür. Ermənistan birgə Bəyanatın şərtlərini mütləq yerinə yetirəcək. Dəyişən sadəcə yerinə yetirlmənin metodu ola bilər.

Metod seçimi isə çox deyil: ya xoşluqla, ya da zorla. Azərbaycan istənilən ssenariyə və metod seçiminə hazırdır. Cəmiyyət Ermənistanın cəzalandırılmasının tərəfdarıdır. Elə mən özüm də “pilotsuz uçan erməni silahlıları”nın videoları üçün darıxmışam.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti